Fuad Heydər :
Siyasət
24.12.2020 11:31
596

Fuad Heydər : "Tarixi ədaləti bərpa edən 44 günlük müharibənin Sərkərdəsi 59 yaşını qeyd edir"

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.


Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına “məğlubedilməz ermənı ordusu” mifini 44 günə məhv etdi, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur etdi, ərazi bütövlüyümüz bərpa olundu. 


Əlbəttə ki, tarixi ədaləti bərpa edən 44 günlük müharibədə əldə etdiyimiz Zəfəri Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyev 17 il əvvəl düşünüb: "Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi".


Yeni Azərbaycan Partiyasının (YAP) fəal gənci olaraq Cənab Prezidenti doğum günü münasibətilə təbrik edirəm. Allahdan dəyərli prezidentimizə cansağlığı diləyir, ali vəzifəsində müvvəffəqiyətlər arzulayıram.


Fuad Heydər
Yeni Azərbaycan Partiyasının Səbail Rayon Gənclər Birliyinin sədr müavini



Loading...