Fulya Öztürk:
Ölkə
10.06.2021 17:25
648

Fulya Öztürk: "İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı"

"İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı".

Mediabaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fulya Öztürk bildirib.

Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: “Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə başsağlığı verirəm”.

Loading...