Füzulidə minaya düşən mülki avtomobildən eksklüziv görüntülər  - VİDEO
Mediabaku TV
28.11.2020 23:18
203

Füzulidə minaya düşən mülki avtomobildən eksklüziv görüntülər - VİDEO

2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

Mediabaku.az BAKU.TV-yə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında əraziyə mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu cəlb olunub.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşdüyü məlum olub. Nəticədə Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı dünyasını dəyişib.

Onların meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Loading...