Gənc fəal:
Gündəm
27.11.2020 15:54
120

Gənc fəal: "Senat bu addımı ilə Avropada olan milli separatist qruplara dəstək vermiş oldu"

"Fransa öz milliyəti ilə özünü arenada daima göstərib və göstərəcəkdir".

Bu barədə Yeni Azərbaycan Partiyasının Səbail Rayon Gənclər Birliyinin sədr müavini, gənc fəal Fuad Heydər Mediabaku.az-a açıqlamasında bildirib.

"Fransa bu savaşda ilk gülləni atan tərəf oldu. Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol vermiş olur. Onlar bu sənədi qəbul eləməklə əslində Avropada olan milli separatist qruplara dəstək vermiş oldu. Nə qədər Azərbaycanla təzyiq, hədə, təhdid dilində danışmağa cəhd etsələr belə, bütün cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan necə hərb meydanında düşməni diz çökdürdüsə, eyni şəkildə diplomatik savaşda da düşmənə eyni cavab veriləcək. Atdığı addım bir daha erməni lobbisinin gücünü göstərir..Nə qərar olmasına baxmayaraq biz Fransanın qəbul etdiyi qərarı kağız parçası kimi qəbul etməliyik və bununla yanaşı qeyd edim ki, Fransa öz milliyəti ilə özünü arenada daima göstərib və göstərəcəkdir. Başqa gözlənti yoxdur. Cənab Ali Baş Komandan İlham Əliyev, Azərbaycan xalqı sizinlə birlikdədir. Xalqın sizinlə olmağına inanın və əmin olun Fransanın cavabı dövlət səviyyəsində verilməlidir", - deyə o, bildirib.

Aydan Məmmədzadə

Loading...
Loading...