Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün tibbi aksiya təşkil olunub
Sosial
09.05.2022 22:19
791

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün tibbi aksiya təşkil olunub

Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şəhid ailələri  və müharibə iştirakçıları üçün ödənişsiz tibbi aksiya təşkil  olunub.

MediaBaku.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə baş tutan aksiya zamanı Gəncədəki bir sıra özəl tibb müəssisələrində şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri üçün ödənişsiz xidmətlər göstərilib.

Tibbi aksiyaya “Şans” Tibb Mərkəzi, “Yeni Gəncə” Tibb Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi, Memorial Hospital və “Bim” Optik qoşulub.

Sözügedən aksiya çərçivəsində tibb müəssisələri tərəfindən kardioloji, terapevtik, nefroloji, ginekoloji, hemotoloji stomotoloji, oftolmoloji müayinələr, rentgenoqrafiya, elektrokardioqrafiya, EXO və USM müayinələri, həmçinin “qanın ümumi analizi”, “qanda şəkərin təyini” laborator müayinələri göstərilib.

Gün ərzində davam edən aksiyadan 400-ə yaxın şəhid ailəsi, müharibə əlili və iştirakçısı yararlanıb.
Loading...
Loading...