Güclü külək əsəcək, yağış yağacaq
Ölkə
04.08.2022 15:16
436

Güclü külək əsəcək, yağış yağacaq

Bakı və Abşeron  yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyi 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.


Bu barədə MediaBaku.az-a  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.


Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.


Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.


Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.


Loading...
Loading...