Hacı Rahim Dərviş kənd və qəsəbələrdə yaşayan az təminatlı ailələrə yardım paylayıb - FOTO
Cəmiyyət
27.12.2020 14:40
593

Hacı Rahim Dərviş kənd və qəsəbələrdə yaşayan az təminatlı ailələrə yardım paylayıb - FOTO

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın təşəbbüsü ilə Abşeron rayon ərzaisində yaşayan bir qrup az təminatlı ailələrə diqqət və qayğı yönümündə keçirilən xeyriyyə aksiyası təşkil olunub.

MediaBaku.az xəbər verir ki, xeyriyyə aksiyasinda hər şura üzvünə Abşeron rayonun bir ərazisi düşüb. 

Hacı Rahim Dərvişin öhdəsinə Xırdalan, Masazır, Novxanı, Mehdiabad, Fatmeyi, Görədil, Digah, Muhəmmədli kənd və qəsəbələrdə yaşayan az təminatlı ailələr düşüb. Qalan qəsəbə və kəndlər isə sabah ziyarət ediləcək. 

Bu təşəbbüsü irəli sürdüyü üçün Abşeron rayonu icra başçısı İradə Gülməmmədovaya və İctimai şuranin sədri Elçin Quliyevə təşəkkür edilir.


Aişəgül Əhmədova



Loading...