Helikopter qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ölkə
06.12.2021 17:41
396

Helikopter qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Noyabrın 30-da Xızı rayonu ərazisindəki Qaraheybət təlim poliqonu üzərində qəzaya uğrayan, Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin “qara qutu”sunun harada açılması ilə bağlı məlumatların məxfi xarakter daşıdığı açıqlanıb.


Bu barədə Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov jurnalistlərə bildirib.


“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib. Burada hər hansı təxribat və kənar müdaxilə yoxdur. Araşdırma və ekspertiza rəylərindən sonra hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - o bildirib.


M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.


Xatırladaq ki, qəza nəticəsində Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub.

Loading...
Loading...