Hərbi Prokurorluq: Qəsdən adam öldürmə cinayətləri 30% azalıb
Ölkə
21.01.2021 16:24
506

Hərbi Prokurorluq: Qəsdən adam öldürmə cinayətləri 30% azalıb

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30% azalıb.


Xeber24.info xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun kollegiya iclasında bildirilib.


Qeyd edilib ki, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

Loading...
Loading...