Hərbi qəzada ölən polkovnikin qohumu danışdı
Ölkə
30.11.2021 16:03
72

Hərbi qəzada ölən polkovnikin qohumu danışdı

Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərəkən qəzaya uğraması nəticəsində həlak olanlardan biri Füzuli Cavadovdur. 


Anesws.az-a bu barədə onun yaxınları məlumat verib. 

 
"Bu barədə sosial şəbəkələrdə məlumat gördük. Dövlət Sərhəd Xidmətinin nümayəndəsi evlərində olub. Ailə üzvlərindən biri morqa aparılıb ki, Füzuli Cavadovun nəşi təhvil verilsin. Füzuli Cavadov evli olub və 2 övladı var idi. Xəzər rayonu Zirə qəsəbəsində yaşayırdı. Hazırkı rütbəsi  polkovnik idi", deyə yaxın qohumları qeyd edib.

 
Hərbi jurnalist Səxavət Məmmədov şəhid olan Füzuli Cavadov haqqında paylaşım edərək onun çox təcrübəli pilot olduğunu yazıb.

 
"İllər öncə Səfər Əbiyev onun idarə etdiyi helikopterdə olarkən təxminən 5 km hündürlükdə motorlardan biri dayanıb. Hava boşluğuna düşüb. Bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirə bilib", deyə paylaşıbda bildirib.

 
Bu gün Baş prokrorluq və Dövlət Sərhəd Xidmətinin məlumatında hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlər və yaralıların olduğu bildirilib. Hadisə araşdırıldığı üçün ölən və yararıların rəsmi sayı və siyahısı hələ təqdim olunmayıb. Bəzi KİV-lərdə ölənlərin sayı 14 olduğu qeyd olunur.


Loading...
Loading...