Həyatda gerçəkləşməsini istədiyiniz şey nədir?
Psixoloq, Zəhra Zahidova
28.04.2022 00:04
2615

Həyatda gerçəkləşməsini istədiyiniz şey nədir?

Həyatınızda olmasını istədiyiniz nə olursa olsun bunun başqaları üçün doğru olan yerə gedin.


Həyatınızda çatışmayan və ya azalan bir şeyi tapmaq və əldə etmək üçün nə edirsiniz?


Bu sualın cavabı atalar sözünə çevrilmiş çinlilərin həyat anlayışında gizlidir.


Çinlilər deyirlər: "Pul qıtlığı olanda mütləq pulun olduğu və ticarət olan yerləri ziyarət etməlisiniz (ticarət mərkəzləri, bazarlar). Gəzin ki, pulun enerjisi sizə sirayət etsin".


Bu deyimi əslində mənasını bilmədən həyatımızın hər sahəsində istifadə edirik.


Diqqət yetirin ki, həyat yoldaşı və ya sevgili tapan insanların çoxu bu insanla ya toyda, ziyafətdə, ya da qonaqlıqda tanış olub.


Niyə gəlinlər evlənmək istəyən dostlarının adını ayaqqabısının altına yazır? O enerji onlara da sirayət etsin.


Ətrafınızda hər zaman iş adamlarının və ya iş qadınlarının olduğu bir mühitdə yeni tender, yeni layihə, yeni karyera sizə mütləq gəlib.


Huzur meşədə gəzəndə və ya dəniz kənarında gəzintidən sonra həmişə sizə gəlib.


Bir şey azaldıqda və ya yox olduqda, eqonun göstərişi ilə alfa tezliyindən istifadə edərək öz qabığımıza çəkilirik. İçimizdən heç nə etmək gəlmir.


Enerjimiz düşür, bizə zövq verən hər şeyi lazımsız aksesuar kimi görür və uzaqlaşırıq. Bu sırf gözləmə rejimidir. Bu rejimdə televiziya yayımını göstərə bilmərik.


Ətrafınızdakı bütün televiziyalar açıq olduğundan seriallar, filmlər, sənədli filmlər və müsabiqə proqramları başqa televiziyalardan axıb gedər.


Bəs siz?


Siz gözləmə rejimində qalırsınız. Qazancınız yalnız elektrik enerjisinə etdiyiniz qənaətdir.


Çin fəlsəfəsinə diqqət yetirək.


Əgər pulunuz çatışmırsa, maşına minin, metroya minin və pulun tez əl dəyişdirdiyi ticarət mərkəzləri, üstü örtülü bazarlar kimi yerlərdə dolaşın. Pulun enerjisi sizə sirayət etsin.


Sevgi axtarırsansa, sevgini tapan insanların olduğu yerə gedin.Sahildə gəzintiyə çıxın, sevgililərin getdiyi təpədə çay bağçasında və ya həmişə yanından keçdiyiniz dəniz kənarında gözəl məkanda dayanın.


Evdə oturub sevgini gözləsəniz, gözləmə rejimində olan televizordan heç bir fərqiniz olmayacaq.


Əgər həyat yoldaşınız və sevgilinizlə münasibətinizi gücləndirmək istəyirsinizsə, əvvəldən sizə dediyim rutini tərk edin və birlikdə səhər yeməyinə gedin. Getdiyin yer sevgi qoxusu olsun, gözəl olsun, xoşbəxt və rahat insanların olduğu yer olsun.


Hər şey enerjidir. Hansı enerjini yaşamaq istəyirsinizsə, o enerjinin sıx olduğu yerlərdə olun.


Zəhra Zahidova

Psixoloq, yaşam koçu

Loading...
Loading...