HƏYƏCAN TƏBİLİ!  Dünya bu əsrdə 3 dərəcədən çox istiləşməyə doğru gedir
Dünya
10.12.2020 16:04
108

HƏYƏCAN TƏBİLİ! Dünya bu əsrdə 3 dərəcədən çox istiləşməyə doğru gedir

Bu il "Covid-19" epidemiyası səbəbindən səyahət, sənaye fəaliyyətləri və enerji istehsalındakı azalma nəticəsində karbon emissiyalarının 100-də 7-yə enəcəyi təxmin edilsə də, dünyanın 3 dərəcədən çox istiləşməyə doğru getdiyi xəbərdarlığı edilib.

MediaBaku.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) "yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən karbon emissiyalarının bu il 100-də 7-yə azalacağı" təxminlərinə baxmayaraq, dünya temperaturunun 3 dərəcədən çox bir artıma doğru irəlilədiyini bildirib.

Bununla birlikdə, ölkələrin Paris İqlim Sazişində verdiyi vədləri yerinə yetirəcəyi təqdirdə, istilik artımının 2 dərəcə saxlanıla biləcəyi ifadə edilib və bunun üçün iqlim yönümlü ətraf mühit sərmayələrinin artırılması lazım olduğu qeyd edilib.

Epidemiyanın səbəb olduğu sıfır emissiya vəziyyətinin davam edəcəyi təqdirdə, 2030-cu ilə qədər emissiyaların 100/25 azalda biləcəyi bildirilib.

"2020-ci ildə rekord səviyyəsində isti illərdən biri"

UNEP İcraçı Direktoru İnger Andersen verdiyi açıqlamada, "2020-ci il rekord səviyyədə ən isti illərdən biri olsa da, nəzarətsiz yanğınlar, fırtına və quraqlıqlar dağıntılara davam edir", - deyə vurğulayıb.

Andersen, UNEP-in Emissiya Boşluğu hesabatının, pandemiyadan yaşıllığın bərpa olunmasının istixana qazı emissiyalarının azaldılmasında böyük bir pay ala biləcəyini və iqlim dəyişikliyinin yavaşlamasına kömək edə biləcəyini də dilə gətirib.

Qeyd edək ki, keçən həftə Dünya Meteoroloji Təşkilatı tərəfindən yayımlanan illik iqlim hesabatında 2020-ci ilin 2016 və 2019-cu illərdən sonra rekord dərəcədə isti, yəni üçüncü dəfə ola biləcəyi deyilib.

Ayşən Nağızadə 

Loading...