İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi
Ölkə
27.01.2021 11:01
1160

İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.


MediaBaku.az-ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.


Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Loading...