Birlik rəhbəri Valeh Hüseynovu ittiham etdi:
Cəmiyyət
02.12.2021 19:40
1967

Birlik rəhbəri Valeh Hüseynovu ittiham etdi: "Hər təlxəyə nominasiya verdiniz" - FOTO

Talassemiya Könüllüləri Fondu İctimai Birliyinin rəhbəri Gülgün Gündüz Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovu ittiham edib.


Gülgün Gündüzün sözlərinə görə, Valeh Hüseynov verdiyi vədlərə əməl etməkdən boyun qaçırıb:


"Danışanda çullu dovşan ağzına sığmayan Milli Hemotologiya və Transfuzalogiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov yenə "sayqılı" hərəkətini göstərdi. Beləki, hər danışanda "biz birlikdə olmalıyıq (Pasientlər, QHT-lər) birgə çalışmalıyıq, biz komandayıq" və.s sözlər deyir, əmələ gələndə isə əksini edir.


Yeni "Etik qrup" yaradıblar, Talassemiya Mərkəzinin akt zalında oturub, Talassemiyaya aid nə bir pasient var, nə də QHT təşkilatı. Danışdırsan deyəcək ki, TƏBİB-lə, İTS edib. Siz bizi təklif etdiniz, onlar geri çevirdi? 
Üzvlərə baxanda Talassemiyaya aid olan, olmayan şəxslər, qurumlar var! Talassemiya üçün xidmət etməyəcəksə, sayıb bizi dəvət etmirsinizsə nəyə lazımdır sizin bu işiniz?!


Bu, ilk dəfə deyil, artıq neçənci dəfədir 2018-dən bu günə qədər 8 may olur 3-5 həkim yığıb özünüz danışıb, özünüz eşidirsiniz! Donor günü olur yenə ayrı seçkilik edib öz aranızda nəsə edirsiniz. Sonra elə reklam edirsiniz sanki orda Talassemiya pasientləri, QHT-ləri var, və xeyir tapıblar. 2018-ci ildə bir xahiş, minnətlə, "Talassemiyasız Həyat Naminə" programına əsasən 8 regional simpoziumda @azthalassaemia iştirak etdi, hər təlxəyə, ağzını açıb danışa bilməyən, özünü apara bilməyənə nominasiya verdiniz. Amma "Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi"ni saya salmadınız, unutdunuz. Soruşanda deyirlər ki, Naminasiyanız Türkiyədən yol gəlir. Nə oldu, 4 ildir gəlib çıxa bilmədi? Siz nə qədər Talassemiya nümayəndələrinə, QHT-lərinə belə saymamazlıq edəcəksiz bir o qədər də geri düşəcəksiniz!


Ayıbdır, çox ayıbdır!


Valeh DR heç olmasa danışanda əməl edə bilməyəcəyiniz işi söz verməyin, yalandan baş üstə deməyin. Sizin bu yola vermələriniz bizi boğaza yığıb".


Qarşı tərəfi də dinləməyə hazırıq...


Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

Loading...
Loading...