İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəlib - VİDEO
Dünya
21.05.2022 22:10
1497

İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəlib - VİDEO

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək  iki Bayraktar  Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana  gəlib.


MediaBaku.az xəbər verir ki, festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.


Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.


Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı  PUA-ları Heydər  Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa  vurub.

Loading...
Loading...