Ölkə
22.07.2021 21:05
91

"İlham Əliyevin uğurlu siyasəti sayəsində şəhid ailələri, qazilər dövlət qayğısı ilə əhatə olunacaqlar" - FOTOLAR

21 iyul tarixində Yevlax Şəhər İcra Hakimiyyəti nümayəndələrinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat işçilərinin, fəallarının, təhsil işçilərinin və şəhər ictimaiyyəti nümayəndlərinin iştirakı ilə şəhid Polkovnik–leytenant Soltan Məmmədovun doğum günü münasibətilə Soltan Məmmədovun və Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarını ziyarət edib, məzarları üzərinə tər güllər düzdük.

Tədbirdə iştirak edən “Murov Qartalı” ləqəbli şəhid Polkovnik–leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımla, şəhid Xudayar Yusifzadənin anası İradə xanımla görüşüb, onlara dərin hüzünlə baş sağlığı verdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində inkişaf edən ölkəmiz, Azərbaycan xalqı var olduqca Vətən uğrunda canından keçən oğulların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, şəhid ailələri, qazilər dövlət qayğısı ilə əhatə olunacaqlar.

İlham Məmmədov,
Milli Məclisin Deputatı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri


Loading...
Loading...