İlham Əliyevlə görüşüb Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrimi bölüşmək ən böyük arzumdur  - Zahirə Quliyeva
Cəmiyyət
23.12.2020 00:57
26

İlham Əliyevlə görüşüb Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrimi bölüşmək ən böyük arzumdur - Zahirə Quliyeva

Dünya şöhrətli siyasətçi Heydər Əliyev məktəbinin ən layiqli Nümayəndəsinin cənab İlham Əliyev kimi istedadlı və bacarıqlı bir şəxsiyyətin siyasət meydanında olması, təcrübə və biliyindən dövlətimizin mənafeyi üçün məharətlə istifadə edilməsi hər bir Azərbaycanlıda qürur və iftixar hissi dogurmaqla ölkəmizin gələcəyinə inamını daha da artırır.


Sizin gecə-gündüz yorulmadan çalışmagınızın nəticəsidir ki,Azərbaycan Xalqı bu günlərdə böyük fərəh və qürur hissi ilə sevinc göz yaşlarıyla Sizi algışlayır. Qarabağ torpaqlarımızın qayıtmasında Sizin misilsiz əməyiniz Azərbaycanın Yeni Tarixinə Böyük İmzanızdır.


​Mən 45 il Rabitə sahəsində çalışmışam."Aztelekom"İstehsalat Birliyinin Bakı Avtomatlaşdırma Telefon Stansiyasının Dövlət Xidmətçisi olmuşam.1970-ci illərdə Ümummulli Lider Heydər Əliyevin Şəxsi Rabitə Xidmətinin Təminatçısı işləmişəm.Ulu Öndərimizin Moskvada işləyib yaşayan vaxtlarda da mütamadi olaraq onunla əlaqə saxlayıb,Azərbaycanla Məxvi telefon əlaqələrini yaratmışam.1992-ci ildə Xalq Artisti Nəsibə Zeynalova ilə Ulu Öndərimizin görüşünə getmişik.Bizi çay süfrəsinə qonaq edib.Biz ondan Azərbaycana Rəhbərlik etməsini xahiş etdik və dedik ki,bu işi ən yaxsı O,bacarar. Gülümsədi, köməkçisi Ramizə tapşırdı ki,həqiqətən bu hadisə baş verərsə, bu Xanımların hər ikisi ilə görüşüb,onlara dəstək olacaq.

1993-cü ildə Xalqın tələbi ilə Azərbaycan Respublikasının Rəhbərliyinə gələrək Ölkəmizi böyük bədbəxtlikdən xilas etdi. Mən Ulu Öndərimizi bu münasibətlə təbrik etdim.Hətta Heydər Əliyev Naxçıvandan Bakıya gələn gün telefonu qaldırıb, mənimlə şəxsən özü bir neçə dəqiqəlik söhbəti oldu. Hər zaman Telefon xəttində səsimi eşidəndə mənim  ehtiyacımla maraqlanarkən,ona can saglıgı diləyirdim.

YAP- nın qocaman üzvü kimi hər zaman Sizi dəstəkləyirəm. Əslində Ali Baş Komandanımızla görüşüb,Ulu Öndərimizlə baglı Xatirələrimdə olan Söhbətləri paylaşmaq, ən böyük arzumdur.
 Siz Azərbaycan Xalqının hər bir vətəndaşının Prezidentisiz, çox Dəyərli və Qiymətlisiz.


Dərin hörmətlə: Telefonçu Qız Zahirə Quliyeva.


Loading...
Loading...