İlham Məmmədov: “Şəhid və qazilərimizin qarşısında hər bir azərbaycanlının vətəndaşlıq borcu var” - FOTOLAR
Ölkə
05.01.2021 15:05
562

İlham Məmmədov: “Şəhid və qazilərimizin qarşısında hər bir azərbaycanlının vətəndaşlıq borcu var” - FOTOLAR

"Azərbaycan tarixinin şanlı səhifələrinə öz adlarını qanları ilə yazıb, xalqımıza Qarabağ adlı böyük bir zəfər bəxş edən qəhrəman şəhid və qazilərimizin qarşısında hər bir azərbaycanlının vətəndaşlıq borcu var". 

MediaBaku.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə rayonun ən böyük kəndlərindən olan Malbinəsi kəndi və Yevlax şəhərində baş tutan görüşündə səsləndirib. Millət vəkili Malbinəsi kənd sakini Vətən müharibəsi şəhidi Vüqar Bahadurzadənin, Yevlax şəhər sakinləri Vətən müharibəsi şəhidləri Elnur Şirinzadənin, Yusif Məmmədovun, Murad Ağazadənin və Vətən müharibəsi qazisi Yusif Ağaməmmədovun evlərində olaraq,  şəhidlərimizin ailələrinə başsağlığı verib, qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmasını diləyib. İlham Məmmədov vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, 30 illik həsrətdən sonra doğma torpağlarımızı yağı düşməndən xailas edib bizləri qəhrəman bir xalqa çevirən, cənab Ali Baş Komandanın irəli əmrini qorxmadan, şücaətlə yerinə yetirən şəhid və qazilərimizin tarix var olduqca unudulmayacağını qeyd edərək, belə qəhrəman övladları böyüdən valdeyinlərə minnətdar olduğunu bildirib. 

Millət vəkili Şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi, bundan sonra da ölkə prezidenti cənab İlham Əliyevin,  ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək hər bir şəhid ailəsinə, qazilərə  böyük həssaslıqla yanaşıldığını, onların sosial-məişət problemlərinin, üzləşdikləri çətinliklərin,  qısa zaman kəsiyində  aradan qaldırılması istiqamətində yüksək işlər görüldüyünü və bundan sonra da bu işlərin davam edəcəyini diqqətə çatdırıb.  Sağlamlıqlarını itirmiş qazilərimizin müalicəsinin dövlətimiz tərəfindən xüsusən  ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarəti altında yüksək səviyyədə həyata keçirildiyini, onların müasir protezlərlə təmin olunduğunu və bundan sonra da olunacağını qeyd edib. Şəhid valideynləri və qazilər də, öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, eyni zamanda ölkəmizin birinci xanımı, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğulayaraq, övladlarının qəhrəmanlıq səlnaməsindən qürur duyduqlarını bildiriblər. Görüş zamanı İlham Məmmədov   Şəhid ailələrinin, qazilərin qayğılarını dinləyib, onların yerində həll edilməsi mümkün olan məslələrlə bağlı aidiyyatı qurumlara müraciət edib, digər məsələlərlə bağlı qeydlər götürülərək onların həlli istiqamətində müraciətlər olunacağını bildirib.



Loading...
Loading...