Günay Hüseynova:
İqtisadiyyat
26.12.2020 14:56
1064

Günay Hüseynova: "Büdcədən ayrılan vəsait əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir"

"Azərbaycanda iqtisadi artım orta hesabla 3.9 səviyyəsində qərarlaşacaq".


Bu barədə iqtisadçı ekspert Günay Hüseynova MediaBaku.az-a açıqlamasında deyib.


"Qlobal virus səbəbi ilə dünya iqtisadiyyatında kiçilmələr oldu. Dünya iqtisadiyyatının bərpa olunması üçün uzun vaxt ala bilər. Belə ki, virusun 2021-ci ilin sonunadək davam etməsi iqtisadiyyatın 7 trilyon dollar itirməsinə gətirib çıxaracaq. Ümumdaxili məhsulun həcmində proqnozlaşdırılan kimi 6 faizlik deyil, 4,7 % azalma gözlənilir. 2020-ci ildə istehsalın azalmasına görə, bu il işsizlik müşahidə edildi. 2021-ci ildə İEÖ (İnkişaf Etmiş Ölkələrin) və İEOÖ (İnkişaf Etməkdə Olan Ölkələrin) iqtisadiyyatı sabitləşəcək və 2,7% səviyyəsində olacaq", - deyə xanım iqtisadçı bildirib. 


O vurğuladı ki, regionlara ayrılmış dövlət büdcəsi əsasən bölgə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi, restavrasiya və bərpa, yenidənqurma üçün nəzərdə tutulur


"Azərbaycan iqtisadiyyatına gəldikdə isə, 2021-ci ildə ölkə iqtisadiyyatı bərpa olmağa başlayacaq və ÜDM-nin real artım tempi 2,7-3 %səviyyəsində gözlənilir. Həm Pandemiya, həm müharibə, həm də bir müddət əvvəlki aşağı neft qiymətləri 6,6 % həcmində iqtisadiyyatı zəiflədib. Fiskal şoklara və iqtisadiyyata təzyiqlərin yumşaldılmasına dair hökumət tərəfindən ayrılan 3,5 milyard manatlıq paket, daxili istehlakın bərpası və ixrac hesabına iqtisadiyyat özünü toparlaya biləcək. 2021-2023-cü illərdə ÜDM-nin artım tempinə görə, Azərbaycanda iqtisadi artım orta hesabla 3.9 səviyyəsində qərarlaşacaq. 2021-ci ildə yerli valyutanın devalvasiyası gözlənilmir. koronavirusdan dolayı onsuz da, iqtisadiyyatı alt-üst olan dünya ölkələrinə qarşı üstəlik ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcəsini yüksəltməsi (yerli valyutanın xarici valyuta qarşısında dəyər itirməsi-Devalvasiya ) iqtisadiyyatın bir növ sonu olar. Qeyd edim ki, FED bir neçə gün öncə uçot dərəcələrini endirmişdi. 
Regionlara ayrılmış dövlət büdcəsi əsasən bölgə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi, restavrasiya və bərpa, yenidənqurma üçün nəzərdə tutulur. Lakin bütün bunlara baxmayaraq çox təəssüf  ki, neqativ hallar yaşanır. Ölkə iqtisadıyyatında böyümə müşahidə edilsə də bununla yanaşı işsizliyin səviyyəsi də paralel səviyyədədir. Bölgələrdə yeni işyerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması iqtisadiyyatın inkişafına dəstək olar nəinki büdcədən regionlara ayrılan vəsait. Büdcədən ayrılan vəsait ilk növbədə bölgə əhalisinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir", - deyə G. Hüseynova qeyd edib.


İlahə Kişiyeva

Loading...
Loading...