İran qəzeti Makronun karikaturasını dərc etdi FOTO
Dünya
28.10.2020 11:50
168

İran qəzeti Makronun karikaturasını dərc etdi FOTO

İranın “Vatan-e-Emrooz” qəzeti Fransa Prezidenti Emmanuel Makronun şeytan cildində karikaturasını dərc edib.

Bu barədə “Vzqlyad” xəbər yayıb.

“Parisli iblis” karikaturası qəzetin birinci səhifəsində yer alıb.

“Vatan-e-Emrooz” bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamalarına cavab adlandırıb.

Xatırladaq ki, İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər.

Ümumiyyətlə, E.Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları baykot edilib.


Loading...
Loading...