İran: Süleymaninin intiqamı elə  ABŞ-da alınacaq!
Dünya
03.01.2021 23:27
217

İran: Süleymaninin intiqamı elə ABŞ-da alınacaq!

ABŞ daxilində də Qasım Süleymaninin öldürülməsinə görə intiqam alına bilər.


MediaBaku.az xəbər verir ki, bu sözləri İranın Qüds qüvvələrinin hazırki komandanı general İsmail Kaani deyib.


“Evinizin içində (ABŞ-da) belə, törətdiyiniz cinayətin qarşılığını verəcək şəxslərin olması mümkündür”, – deyə Kaani bildirib.


Qeyd edək ki, SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymani ötən ilin bu günü İraqda ABŞ-ın aviazərbəsi ilə öldürülüb.


İran rəsmiləri ötən bir il ərzində Süleymaninin intiqamının alınacağı barədə müxtəlif fikirlər səsləndiriblər.


Şəfa Nəsibova

Loading...