İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək
İqtisadiyyat
16.05.2022 08:18
724

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək


MediaBaku.az “Report”a  istinadən xəbər verir ki, bunu ölkənin Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini  deyib.


O, qeyd edib ki, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək.


İranın Milli Qaz Şirkətinin sədri əlavə edib ki, Türkiyə  və  İraqa  qaz  ixracına  dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər  iki  ölkə qaz  ixracının artırılmasını tələb  edir.


Onun sözlərinə görə, Türkiyə və İraq İrandan qaz idxalını artırmağı xahiş edir.


"Biz Türkiyə ilə danışıqlar aparırıq, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər", - Çeqini vurğulayıb.


“Mövcud imkanları nəzərə  alaraq, potensialın artırılması üçün bütün səylərimizi göstərəcəyik”, - o əlavə edib.


Çeqini həmçinin bildirib ki, bu məsələ müzakirə olunur, işçi qrup yaradılıb və o, potensialını artıraraq, müqavilənin müddətinin uzadılmasına da çalışacaq.


Qrupun ilk iclası müqavilənin yenilənməsinə həsr olunacaq.


“İraqa qaz ixracına gəlincə, həmin ölkə də əvvəlki müqavilənin uzadılmasını istəyir.


Çeqini əlavə edib ki, İraqın ixrac müqaviləsi gələn il başa çatır, baxmayaraq ki, onlar uzadılmasını tələb ediblər.

Loading...
Loading...