İranlı baş məşqçi Azərbaycan millisindən istefa verdi - FOTO
İdman
23.06.2022 13:26
602

İranlı baş məşqçi Azərbaycan millisindən istefa verdi - FOTO

Taekvondo üzrə kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandust istefa verib.

MediaBaku.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Belə ki, öz xahişi ilə istefa verən Reza Mehmandustun yerinə  Məmməd Abdullayev komandaya baş məşqçi təyin edilib.

Onun köməkçisi Rəşad Məmmədov olacaq. Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin edilib.

Loading...
Loading...