İranlı “Zombi Gəlin” 10 il həbs cəzasına məhkum edildi  - FOTO
Maraqlı
13.12.2020 15:30
320

İranlı “Zombi Gəlin” 10 il həbs cəzasına məhkum edildi - FOTO

Zombi Ancelina Coli və ya Zombi gəlin kimi tanınan 19 yaşlı iranlı Səhər Təbər 10 il həbs cəzası alıb.

MediaBaku oxu.az-a istinadən bildirir ki, Tehranda yaşayan və "Instagram"da 480 mindən çox izləyicisi olan Təbər 5 oktyabr 2019-cu ildə tutulub.

İranlı jurnalist Məsih Əlinejad sosial media hesabında onun 10 il həbs cəzasına məhkum olduğunu elan edib və sərbəst buraxılması üçün petisiya başladıb.

İran mətbuatı Təbərın küfr, zorakılığa təhrik, uyğun olmayan gəlir qazanma vasitələri və gəncləri korrupsiyaya təhrik etməklə günahlandırıldığını elan edib.

Daha əvvəl üzünün plastik əməliyyatla dəyişdirildiyi iddia edilən Təbər plastik əməliyyat keçirmədiyini, fotolarını düzəltdiyini və makiyaj edərək bu görünüşdə olduğunu deyib.


Loading...