İrəvanda DƏHŞƏT YAŞANIR:  vətəndaş müharibəsi başladı  - Hökumət binası MÜHASİRƏYƏ ALINDI
Dünya
23.12.2020 01:34
130

İrəvanda DƏHŞƏT YAŞANIR: vətəndaş müharibəsi başladı - Hökumət binası MÜHASİRƏYƏ ALINDI

İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən kütlə Ermənistan hökumətinin binasını mühasirəyə alıb.


MediaBaku.az Azsabah.com-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin binası qarşısına çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.


Aksiya iştirakçılarının bir qismi İrəvanın Respublika meydanında çadırlar qurublar. Onlar tələblərinin yerinə yetirilənədək həmin çadırlarda qalacaqlarını bildirirlər. Bu gündən, həmçinin mövcud hakimiyyətin əleyhdarları bir sıra sahələrdə tətilə başlayıblar.


Paytaxt İrəvan, eləcə də ayrı-ayrı şəhərlərdə yollar bağlanıb. Bu səbəbdən aksiyaçılarla polis əməkdaşları arasında toqquşmalar baş verib.


Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edirlər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.


Loading...