İsa Həbibbəyli vəzifəsindən azad edildi -  YENİ TƏYİNAT
Cəmiyyət
09.01.2021 10:29
512

İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq, yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.
 
Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.
 
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə seçilib.
 
Akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın birinci vitse-prezidentləri vəzifəsindən azad edilərək, qurumun vitse-prezidentləri seçiliblər.
 

Eyni zamanda, akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.
Loading...
Loading...