İşğaldan azad olunan və Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası nə vaxt qoyulub?
Cəmiyyət
20.12.2020 13:33
158

İşğaldan azad olunan və Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası nə vaxt qoyulub?

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır


1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. 


Rayonun ərazisi 1390 kvadrat kilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur.


Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının  üzərindəki türbəni,  XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. 


Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur.


Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.


Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur


Füzuli rayonu - Azərbaycan Respublikasında inzibati ərazi vahidi.


2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri düşmən işğalından tam azad olunmuşdur.


Zahidə Nəbizadə

Loading...
Loading...