“İşıq pulu”nun bu ay çox yazması ilə bağlı “Azərişiq”dan RƏSMİ CAVAB
Ölkə
15.01.2021 13:14
447

“İşıq pulu”nun bu ay çox yazması ilə bağlı “Azərişiq”dan RƏSMİ CAVAB

Azərbaycanda əhali kateqoriyasına aid istehlakçılarda dekabr-yanvar ayları üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borcların yaranması bildirilib. 


Belə ki, 
son bildiriş zamanı borcun həddən artıq olması deyilir.


Mövzu ilə əlaqədar “Azərişiq” ASC-yə sorğu göndərdik. 


Sorğumuza cavab olaraq bildirildi ki, elektrik enerjisi sərfiyyatının artması ilə əlaqədar “Azərişiq” ASC-yə şikayətlər daxil olduqda mütəxəssislər tərəfindən operativ və fərdi qaydada bütün müraciətlər araşdırılır:


"İstehlakçılarımız tərəfindən əsasən enerjiyə tələbatın yüksək həddə olduğu yay aylarında elektrik enerjisi sərfiyyatının artması ilə bağlı şikayətlər daxil olur. Şikayətlər əsasən yay fəslinin iyul-avqustlarında, qış fəslində isə istilik sistemlərində uzun müddətli fasilələr yaranan əraziyə aid abonentlər üzrə daxil olur.


Abonentə aid geniş bildiriş vərəqi araşdırılır, uçot sxemi və cihazları yoxlanılır, nəticə əsasında abonentin şikayəti təmin edilir. Bəzi hallarda abonentlərin uçot cihazlarının laborator yoxlanmaya ehtiyacı olur ki, bu kimi hallarda sayğac sökülərək torbaya qoyulub möhürlənir və laboratoriyaya gətirilərək abonentin iştirakı ilə yoxlanılır.


Məlumat üçün bir faktı diqqətinizə çatdırırıq ki, 2020-ci il yay ayları üzrə elektrik enerjisi sərfiyyatının artması ilə bağlı sosial şəbəkələrdəki fikirlərə aydınlıq gətirilməsi üçün “Azərişiq” ASC rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında şikayətçi qismində gəlmiş abonentlərin sayğacları öz iştirakları ilə medianın qarşısında laboratoriya şəraitində yoxlanmış və onların iddiaları öz təsdiqini tapmamışdır.


Abonentlərmizdən xahiş edirik ki, onları narahat edən bu kimi hallarla bağlı 24 saat fəaliyyət göstərən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Şikayətləri rəsmi qaydada aidiyyəti üzrə araşdırılıb cabalandırılacaq".


Aişəgül Əhmədova

Loading...