İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub  - FOTOLAR
Cəmiyyət
30.12.2020 18:22
290

İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub - FOTOLAR

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə növbəti görüş olub. 

MediaBaku.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi onları evlərində ziyarət ediblər. Pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışılıb. Qazilər döyüşlərlə bağlı öz təsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.


RİH başçısı onları  “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik edib həmçinin, bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.


Qazilər və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Loading...