İsmayıllıya yağan qar ciddi problem yaratmayıb - FOTO
Cəmiyyət
25.12.2020 17:27
260

İsmayıllıya yağan qar ciddi problem yaratmayıb - FOTO

İsmayılllı rayonunda yağan qar bəzi ərazilərdə 20-30 santimetrə çatıb. Qarın yağması yaratdığı gözəl mənzərə ilə yanaşı müəyyən problemlər də yaradır. Rayon ərazisində yağan qar elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb.


MediaBaku.az xəbər verir ki, qarlı hava şəraitində İsmayıllının avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. 


Yaranmış vəziyyətlə əlaqədar “9 saylı Yol İstismarı” MMC tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.


Loading...