İstəyin ehtiyacdırmı?
Psixoloq, Zümrüd Əsədova
25.04.2022 22:47
1460

İstəyin ehtiyacdırmı?

İçində bir neçə “Mən” gizlənə bilər. Sənin gəbul etmədiyin, başqalarının gəbul edə bilmədiyi. 

Sənə adi gələn, başqalarının sevdiyi. 

Sənə dəyərli gələn, başqalarına formalaşan tərəf kimi gələn. 

Obrazlarımız fərqlidir və əsasən, qarşımızda olan insanda hər hansı hissi və emosianı oyatmaq üçündür, çünki bizim üçün sevilmək və qəbul olunmaq çox önəmlidir. 

Ancaq burada bir nüans var - Bizim hiss etdiklərimiz yalnız bizə aiddir, hər hansı bir nəticəyə gəlmək üçün qarşımızdakının nə hiss edib, nə düşündüyünü tam anlamalıyıq. 

Biz çox çalışa bilərik, ancaq istədiyimiz nəticəni əldə etməyəndə, çəkdiyimiz bütün əziyyətlərin üstündən xətt çəkə bilərik. İllər sonra isə yalnış anladığımızı anlayıb, peşman ola bilərik. Bu yenə də, bizə gərəkli nəticəni verməyəcək. 

İnsanlarda hansısa hisslər və emosiaları oyatmaq üçün çalışıraınızsa, alınıb-alınmadığını danışaraq dəqiqləşdirməyə çalışın. 

Qarşınızdakı insanın ehtiyacları sizinkindən fərqli ola bilər, buna görə də, sizin özünüzü nəzərə alıb etdikləriniz, qarşınızdakı insanda gözlənən effekti verməz. 

İnsanların nə istədiyinə yox, nəyə ehtiyac duyduğuna baxın. 


Məsələn

•Gözəl don istəyə bilər, əslində gözündə gözəl görsənmək istəyir.

•Birgə zaman keçirmək istəyər, əslində dəyərli olduğunu hiss etmək istəyir.

•Bağışlanmaq istəyər, əslində özünün özündə qəbul etmədiklərini qəbul etməyini istəyər və s.

Sizdən nə istədiklərinə baxmayın, istəklərin arxasında olan ehtiyaclara baxın, o zaman insanların həyatına daha çox toxuna biləcəksiniz. Nələr edə biləcəyinizi anlayacaqsınız. 

“Niyə etməliyəm?” - desəz, etməyə də bilərsiz deyə bilərəm. Sadəcə sizə qarşı daha dərin diqqət olsa və sizə adi ünsiyyət ilə belə şəfalanmağa kömək etsələr necə hiss edərdiz? Düşünürəmki yaxşı. Bəs hər kəs başqasından gözləsə, kim-kimə bunu edəcək? Heçkəs. 

Həyat özümüzdən başlayır, əgər yanında ola bildiyimiz insan bunu anlamasa, həyat eyni dəstəyi bizə göstərəcək insanları qarşımıza çıxaracaq. Ona görə də etdiklərimiz həm insanlar üçün, həm də həyatı daha gözəl edə bilməyimiz üçün olsun. Ona gözəllik qatanın həyatına, o da gözəllik qatır.

Nəyi düşündün bunu oxuduqda?

Zümrüd Əsədova

psixoloq, enerji tetapevti, art terapevt 

https://www.instagram.com/zumrud_asadova/

https://www.youtube.com/c/AsadovaZumrud


Loading...
Loading...