Karantinə görə cəzalandırılan polkovnik İŞDƏN ÇIXARILDI
Cəmiyyət
20.06.2022 17:03
1176

Karantinə görə cəzalandırılan polkovnik İŞDƏN ÇIXARILDI

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb. 


MediaBaku.az
 lent.az-a istinadən xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.


Qeyd edək ki, M. Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub. O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.

Loading...
Loading...