Keçən il 635 Azərbaycan vətəndaşı İİV-ə yoluxub
Sosial
21.05.2022 17:10
1060

Keçən il 635 Azərbaycan vətəndaşı İİV-ə yoluxub

Keçən il İİV/QİÇS-lə mübarizə çərçivəsində görülən işlər açıqlanıb.

MediaBaku az. xəbər verir ki, bu, “2021-ci il dövlət  büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.

Hesabatda bildirilir ki, 2021-ci ildə seroloji müayinələrin aparılması üçün 73 min müayinəlik, PZR müayinələri üçün 52 dəst (4992 müayinəlik), immunoloji müayinələr üçün 61 dəst (5856 müayinəlik) test-sistemlər alınıb.

“İİV/QİÇS-lə mübarizə üzrə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci il   ərzində  635  Azərbaycan vətəndaşında İİV-ə yeni yoluxma halları aşkar  edilib.

Hazırda  Respublika  QİÇS-lə Mübarizə Mərkəzində 7867 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır, antiretrovirus terapiya alanların sayı 6179-dur, onlardan 617 nəfərə müalicə 2021-ci il ərzində başlanılıb.


2021-ci il ərzində 7 adda, 135 min civarında çap materialları və əyani vəsait  buraxılaraq, müxtəlif tədbirlərdə əhaliyə paylanıb.


Ümumilikdə keçən il İİV/QİÇS-lə mübarizə üzrə  tədbirləri çərçivəsində 3,4 milyon manat vəsait xərclənib.
Loading...
Loading...