Kəmaləddin Heydərov reanimasiyada olan alimin səhhətini nəzarətə götürdü
Ölkə
06.01.2021 21:15
546

Kəmaləddin Heydərov reanimasiyada olan alimin səhhətini nəzarətə götürdü

"Tanınmış tarixçi alimimiz Dilavər Əzimli koronavirus səbəbiylə FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alır. Hazırda süni tənəffüs aparatına qoşulmuş alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatçılığını mənimlə də bölüşür".


MediaBaku.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. Deputat qeyd edib ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışıb, dostların, ziyalıların narahatçılığını bölüşüb: 

"Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar. Minnətdarlıqla bildirmək istərdim ki nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürmüşdür".

Mənbə: qaynarinfo.az
Loading...
Loading...