KİV:  İran yenidən Ermənistana silah dolu hərbi
Siyasət
14.12.2020 23:22
740

KİV: İran yenidən Ermənistana silah dolu hərbi "Kamaz"lar göndərməyə başlayıb - FOTO

İranın Ənzəli limanından Ermənistana silah və hərbi ləvazimatlarla dolu rus hərbi "Kamaz"larının göndərilməsinə yenidən start verilib.

"Ölkə.Az" xəbər verir  ki, Etibarlı mənbələrin  GünAz TV-yə  verdiyi  məlumatına görə, Xəzər dənizi vasitəsilə Rusiyadan Ənzəli limanına göndərilən bu "Kamaz"ları İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana təhvil vermək üçün Culfa şəhərinə yola salır. Yük maşınlarının içərisində silah və hərbi ləvazimatların olduğu deyilir. 

Ötən gün oxucular GünAz TV-yə "Kamaz"ların Ənzəli limanında daşınmaq üçün digər yük maşınlarına yüklənməsini əks etdirən fotolar göndəriblər.


Ötən günlər ərzində iranlı rəsmilərin əksəriyyəti Ərdoğanın Araz şerini oxumasına verdikləri reaksiyada Tehran hökumətini Ermənistana hər cür dəstək verməyə çağırıblar. Dünən isə İran Milli Məclisinin plenar iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu sözlər səsləndirməklə yanaşı, Azərbaycan Respublikasını "İranın tarixi əraziləri" adlandırıb və Tehran rejimini çəkinmədən Ermənistana hər cür dəstək göstərməyə çağırıb.

Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib. 

Loading...