Koronadan daha təhlükəli bir bəla gəlir:  təhlükəli vəziyyət
Dünya
02.12.2020 17:29
165

Koronadan daha təhlükəli bir bəla gəlir: təhlükəli vəziyyət

Bioterroristlər viruslar üzərində işləyən bioloqların kompüterlərinə hücum edə bilərlər.

MediaBaku.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kiber təhlükəsizlik mütəxəssisləri "bioterrorist" adlandırılan insanların viruslar üzərində işləyən bioloqların kompüterlərinə hücum edə biləcəklərini açıqlayıblar. 

Mütəxəssislər, bu hücumlar baş verərsə, dünyada koronavirus epidemiyasından daha təhlükəli vəziyyətin yarana biləcəyi ehtimalına gəliblər. İndependent Türkün hesabatına görə, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, potensial zərərli DNT-lərin ortaya çıxması üçün müəyyən protokollar tətbiq edir. Bununla birlikdə, tədqiqat qrupu bu protokolları axtarışdan yayındıra bilmiş və 50 gizli DNT nümunəsindən 16-nın aşkar edilə bilmədiyini açıqlayıb.

Fəxriyyə Qarayeva


Loading...