Koronavirus xəstəxanasında DƏHŞƏTLİ HADİSƏ  - Qardaş ölkədə çox sayda xəstə öldü
Dünya
23.12.2020 14:54
304

Koronavirus xəstəxanasında DƏHŞƏTLİ HADİSƏ - Qardaş ölkədə çox sayda xəstə öldü

“Qaziantepdə xəstəxanada baş verən hadisə hamımızı üzüb”. 


Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.


O bildiri ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb. Nazir yanğından təsirlənən digər xəstələrin yaxın ərazilərdəki xəstəxanalara köçürüldüyünü deyib.


***

Türkiyənin Qaziantep bölgəsində xəstəxanada güclü yanğın olub.


SANKO Universitetinin xəstəxanasının COVID xəstələrinin yatdığı reanimasiyasında baş verən yanğın zamanı 8 nəfər vəfat edib.


Xəstəxanadan verilən açıqlamada bildirilir ki, reanimasiyada müalicəsi davam edən 11 xəstə  digər xəstələr müxtəlif xəstəxanalara köçürülüb.


Mənbə: oxu24.com

Loading...
Loading...