Koronavirusdan ölən xanəndənin SON MESAJI  - Təngnəfəs danışığı hər kəsi KÖVRƏLTDİ
Maqazin
26.12.2020 13:36
582

Koronavirusdan ölən xanəndənin SON MESAJI - Təngnəfəs danışığı hər kəsi KÖVRƏLTDİ

Yaxın günlərdə koronavirusdan dünyasını dəyişən Xalq artisti Sabir Əliyevin son səs yazısı yayılıb.


MediaBaku.az Sonxeber.az-a istinadən xəbər verir ki, mərhumun telefon danışığı yaxın sənət dostu aşıq Namiq Fərhadoğlu ilə olub.


Xanəndə danışıq zamanı xəstəliyinə görə ona dəstək olan dostuna təşəkkürünü bildirib:


"Sağ ol, ürək dostum. Allah dayağın olsun. İnşəallah, yaxşı olar. Xəstəlikdir, kimisi elə, kimisi belə olur. Sənə qurban, narahat olma, yaxşı olacaq. Dualarınız bəs edər, Allah dualarınızı eşitsin".


Qeyd edək ki, Xalq artistinın telefon bağlantısı vaxtı təngnəfəs olması, öskürməsi, xırıldaması diqqətdən qaçmayıb və eşidənləri kədərə boğub.

Loading...
Loading...