Koronavirusdan sağalan şəxslər barədə yeni araşdırma şoka saldı:  8 ay...
Dünya
26.12.2020 12:20
324

Koronavirusdan sağalan şəxslər barədə yeni araşdırma şoka saldı: 8 ay...

Avstraliyalı alimlər koronavirusa yoluxan şəxsin, 8 aya qədəryenidən bu virusa yoluxmadığını təsbit ediblər.

MediaBaku.az Sfera.az-a istinadən xəbər verir ki, elm adamları COVID-19 diaqnozu qoyulmuş 25 xəstədən və virusa yoluxmayan 36 nəfərdən alınan qan nümunələrindən bu nəticəyə gəliblər.


Araşdırmaya görə, COVİD-19 xəstələrinin qan nümunələrində simptomların başlamasından 20 gün sonra antikorların təsirinin itdiyi müşahidə olunur. Ancaq yaddaş B hüceyrələri qalmağa davam edir. Bu hüceyrələr xəstə olub sağalmış şəxsin 8 ay boyunca koronavirusa yoluxmamasını təmin edir.


Qeyd edək ki, alimlər bundan öncəki araşdırmalarda yoluxub sağalmış şəxslərin 3 ay boyunca yenidən yoluxmaq ehtimalının olmadığını açıqlamışdılar. Daha sonra bu müddətin 6 ay olduğu açıqlanmışdı.

Loading...