KTMT-dan ermənilərə ŞOK ZƏRBƏ:  Türk dövlətləri Azərbaycana görə birləşdi
Siyasət
29.11.2021 23:34
252

KTMT-dan ermənilərə ŞOK ZƏRBƏ: Türk dövlətləri Azərbaycana görə birləşdi

Məlum olduğu kimi, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti baş tutub. Gözlənildiyi kimi, sammitdə Aşqabad Fəaliyyət Konsensusu adlı bəyannamə qəbul edilib.


Azərbaycana qarşı isti münasibət Ermənistan mətbuatında əməlli-başlı qıcıq yaradıb.


Azərbaycanla imzalanmış sənədlərə imza atan dövlətlər sırasında İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan var. Qazaxıstan, Tacikistan və Qırğızıstan bəlli olduğu kimi KTMT-nin üzvüdür. Bu dövlətlərin işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycanı və Azərbaycan xalqını təbrik etmələri Ermənistan cəmiyyətində açıq-aşkar gərginlik yaradıb. Təbii ki, sənəddə Qafqazda sülh və davamlı inkişafdan, mehriban qonşuluq münasibətlərinin qurulmasından da bəhs edilir. Erməni auditoriyasi bu dəstəyi Ermənistanı dəstəkdən məhrum etmək kimi qiymətləndiriblər. / metbuat.az

Loading...
Loading...