İzmirdə taksi sürücüsü küçədə oturan köpək
balasını əzərək üstündən keçib, daha sonra arxasına belə baxmadan yoluna davam
edib.
MediaBaku.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, İzmirdə küçədən keçən taksi sürücüsü köpək balasının üzərindən keçib.
Köpək balası ağrı içində can verərkən sürücü
heçnə olmamış kimi yoluna davam edib.
Bütün baş verənlər isə küçədə yerləşdirilən təhlükəsizlik
kamerası ilə qeydə alınıb.