Mahirin göz yaşlarına polşalı azarkeşlərin reaksiyası
İdman
18.07.2021 11:31
791

Mahirin göz yaşlarına polşalı azarkeşlərin reaksiyası

Polşa Superkubokunda dünən "Legiya" ilə "Rakov" qarşılaşıb.

 MediaBaku.az Offsideplus.az xəbər verir ki, Mahir Emrelinin 90+3-cü dəqiqədə vurduğu bərabərlik qolu sayəsində oyunun taleyi penalti zərbələrində həll olunub. Baş məşqçi "nöqtə"yə yaxınlaşmalı olan futbolçulardan biri kimi həmyerlimizi görüb. Lakin Mahirin vurduğu top dirəyə tuş gəlib. Nəticədə "Legiya" penalti zərbələrinin yekununda məğlub olub.

Hakimin final fitindən sonra Emreli göz yaşlarını saxlaya bilməyib. Futbolçular başına yığılaraq, ona ürək-dirək veriblər. Azarkeşlər isə klubun "feysbuk" səhifəsində millimizin üzvünə bu sözlərlə sahib çıxıblar.

Matuesz Pietrzak: "Heç nə baş verməyib. Mahir Emreli, sən komandamızın əsas parçası olacaqsan. Var uğur, var bəxtsizlik. Bunlar futbolun ayrılmaz hissəsidir. Mahir olmasaydı, penalti zərbələrini də izləməyəcəkdik. Bu oğlana halaldır. Nəhayət ki, üzləri güldürən transfer gördük. Mahir, biz artıq səni sevirik. Sən ailəmizin bir parçasına çevrilmisən. Hiss olunur ki, klub üçün ürəyi yanır və məğlubiyyətə görə ağrı çəkir. Legioner belə olmalıdır! Bu centlmen futbolçunu çox bəyənirəm".

Loading...