Masallıda antisanitar vəziyyət artıq “pik” həddinə çatıb:  Ekologiya Nazirliyinin xəbəri var? – VİDEO
Ölkə
13.06.2022 10:50
1954

Masallıda antisanitar vəziyyət artıq “pik” həddinə çatıb: Ekologiya Nazirliyinin xəbəri var? – VİDEO

Son günlər sosial şəbəkələrdə Masalıı ərazisində olan çay, su anbarı və digər  yerlərdə tökülmüş zibil tullantılarının şahidi oluruq. Görəsən Masalııda kı,  aidiyyatı qurumlar buna niyə nəzarət etmir?!


Xeberal.az-ın redaksiyasına daxil olan şikayət əsasında, əməkdaşlar Masallı şəhərində olub və orada dəhşətli bir mənzərə ilə rastlaşıb.


Belə ki,  “Rabitəbank”ın yanında (şəhərin düz  mərkəzində) xeyli zibil tullantılarının töküldüyünü  şahidi olub,  hətta ərazidə olan çəkilişdən də görünür ki,  həmin zibil tullantıları vaxtl-vaxtında daşınmadığı üçün orada bu biyabırçı vəziyyət alınıb. 


Masallı rayon Icra Hakimiyyətinin məsul işçiləri, şəhər bələdiyyəsi,  MKTBİ-nin işçiləri və 1 saylı Regional  Ekologiya Idarəsinin müfəttişləri hara baxır?!  Buradan açıq-aydın görünür ki,  bunlar öz işlərini  başında deyillər. 


P.S. belə kütləvi zibil tullantıları  Masallı ərazisində bir çox yerlər də var, hansı ki, gün və aylarla danışmadığı üçün  qalıb. 


Əgər zibil tullantıları vaxtı-vaxtında daşınmasa, o zaman  bir çox yoluxucu xəstəlik və üfunət iyinin ətrafa yayılmasına səbəb olacaq.


Qarşı tərəfi dinləməyə hazırıq.

Loading...
Loading...