Məğlub Ermənistanda xaos və anarxiya...
Siyasət
27.12.2020 14:43
444

Məğlub Ermənistanda xaos və anarxiya...

44 gün davam edən müharibədə Azərbaycanın qarşısında darmadağın olaraq biabırçı məğlubiyyətə uğrayan Ermənistanda vəziyyət olduqca gərginləşib. İllərdir, aclıq və səfalət içində yaşayan erməni xalqı bu rüsvayedici məğlubiyyətdən sonra kütləvi mitinqlər keçirir, mövcud hakimiyyəti istefaya çağırır. 


Paşinyan etirazçılara qarşı təzyiq və repressiya metodunu seçib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Onun ətrafında sıx şəkildə birləşmiş Azərbaycan xalqının “dəmir yumruğu” altında əzilən Nikol Paşinyan isə düşdüyü bu acınacaqlı vəziyyətdən çarəsiz şəkildə çıxış yolu axtarır. O, kapitulyasiya aktını imzaladıqdan sonra bütün Ermənistanı bürüyən etiraz dalğasından yaxa qurtarmaq üçün repressiya metoduna baş vurub. İşğalçı və məğlub ölkənin, demək olar ki, bütün vilayətləri öz ağuşuna almış etiraz dalğalarında çox sayda nümayişçi həbs edilir və güc sturukturları tərəfindən şiddətə məruz qalır. Eyni zamanda, baş nazir bir çox müxalifət liderini həbsə atdırıb. Lakin onun bu addımı canından məğlubiyyətin ağrısı canından çıxmayan erməni xalqının daha da hiddətlənməsinə səbəb olub. Nikol hətta onu istefaya çağıran Sünik bölgəsinin Kəcəran şəhərinin meri Man vel Paramazyana həbs cəzası verərək digər şəhər merlərini və onun uğursuz siyasətini tənqid edən vəzifəliləri hədələyib. Bu faktlar isə onu göstərir ki, ağılsız diktator  Paşinyan öz postunu qorumaq üçün gözünü qırpmadan xalqını, ölkəsini növbəti fəlakətə sürükləyir. 


Vəziyyət tamamilə nəzarətdən çıxıb, tənəzzül dərinləşir


Artıq bir çox erməni KİV-i də qeyd edir ki, Ermənistandakı hadisələrin gedişi onu göstərir ki Paşinyan və onun quldur dəstəsi üçün ölkəni idarə etmək nəinki çətinləşib, hətta artıq vəziyyət tamamilə nəzarətdən çıxıb. Erməni ekspertləri qeyd edirlər ki, Nikol Paşinyanın düşünülməmiş, uğursuz siyasəti ölkədəki gərginliyi daha da artırmaqdadır. Hakimiyyətə gəlmədən öncə öz xam xəyalları ilə erməni xalqının başını qatan Paşinyan verdiyi heç bir vədə əməl edə bilmədiyi üçün artıq hər tərəfdən dalana sıxışıb. 


Yeri gəlmişkən, Ermənistan mediası bu ölkənin gələcəyinin sual altında olduğunu yazır. Vurğulanır ki, siyasi böhranla yanaşı, ölkənin xarici investorlar üzünə həsrət qalan dövlətlərdən biri olması, korrupsiyanın, inhisarçılığın mövcudluğu, məmur özbaşınalığının pik həddə çatması vəziyyətin acınacaqlı olduğunu göstərir. Göründüyü kimi, iqtisadi cəhətdən can çəkişən, tənəzzülün hökm sürdüyü Ermənistan Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olduqdan sonra xaos və qarşıdurma meydanına çevrilib. 


Əfəndi İbrahimli

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvü

Loading...