Meşədə gizlənən ermənilərin XAİN PLAN üzə çıxdı
Siyasət
17.12.2020 00:46
399

Meşədə gizlənən ermənilərin XAİN PLAN üzə çıxdı

44 günlük savaş ərzində Rusiyanı Azərbaycan ilə hərbi münaqişəyə cəlb etməyə can atan erməni siyasi dairələri, indi də Rusiya sülhməramlılarını Azərbaycan ordusu ilə qarşıdurmaya sövq etməyə cəhd edirlər...

"Keçmişin havası"ndan uzaqlaşa bilməyən bəzi erməni siyasi qüvvələri regionda yeni dağıdıcı savaşa nail olacaqları təqdirdə, Ermənistanın biabırçı məğlubiyyətini "kompensasiya" edə biləcəklərinə ümid bəsləyirlər...

Savaş artıq sona çatsa da, işğaldan azad olunmuş ərazilərdə müəyyən problemlər hələ mövcuddur. Xüsusilə də, həmin ərazilərdə Ermənistan ordusunun yerləşdirdiyi piyadalar əleyhinə minalar təhlükə mənbəyi olaraq, qalmaqdadır. Və hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv fəaliyyət davam edir.


Ancaq daha bir problem də narahatlıq doğurur. Belə ki, həmin ərazilərdə erməni silahlılarının mövcudluğu da artıq təsdiqlənib. Bu başıpozuq silahlı erməni dəstələri Azərbaycan ordusunun hərbi əməliyyatlarından qaçıb, gizlənən fərrarilər də ola bilər. Hər halda, bəzi erməni generalları 44 günlük savaşın bitməsindən sonra verdikləri açıqlamalarda müharibənin ilk həftəsində on minə yaxın fərrarinin olduğunu artıq dəfələrlə etiraf ediblər.

Əslində, bu ehtimal qətiyyən əsassız deyil. Belə ki, Ermənistanda ölkədaxili siyasi böhran idarəedilməz həddə çatıb. İndi Ermənistan qəbilə dövlətinə çevrilməyə başlayıb. Və bu qəbilə dövlətində sağ əlin etdiyindən sol əlin xəbəri yoxdur.

Bu baxımdan, Ermənistanda bəzi siyasi qüvvələrin atəşkəs anlaşmasının pozulmasında maraqlı ola biləcəkləri qətiyyən istisna deyil. Xüsusilə də, Vazgen Manukyanın hakimiyyətə gətirilməsinə can atan siyasi koalisiya son vaxtlar kifayət qədər aqressiv mövqedən çıxış edir. Savaşın bilmədiyindən, yeni müharibənin qaçılmazlığından dəm vururlar. Bu siyasi qüvvələr hətta üç ölkə başçısının imzaladığı 10 noyabr sənədini belə, tanımadıqlarını qabartmağa çalışırlar.

Bütün bunların paralelində işğaldan azad edilmiş ərazilərdə müxtəlif təxribatlara cəhdlərin göstərilə biləcəyi qətiyyən istisna deyil. Belə silahlı təxribatlar isə Azərbaycan ordusu yeni hərbi əməliyyatlara sövq edə bilər./oxu24.com

Loading...
Loading...