Karantin müddətində izləyicilərini paylaşımları ilə güldürən məşhur türk aktrisa Esra Dermancıoğlu, sinəsi ilə bağlı bir şərhi cavabsız qoymayıb.
MediaBaku.az xəbər verir ki, bu yaxınlarda 52 yaşı tamam olan aktrisa, yeni fotosunu izləyiciləri ilə bölüşüb.
O, paylaşımında "Aktyorluq xarakterin bədənini göstərməklə başlayır" sözlərini qeyd edib.
İzləyicilərdən biri aktrisanın sinəsi haqqında bir şərh edib: "Sənə yaxşı bir xarakter verilsə, edəcəyin ilk şey sinəni estetik etdirmən olar".
Aktrisa isə "Bəli, yoxsa pis insanların sinəsi sallanır, yaxşıların sinəsi həmişə dik, bəzilərinin beyni kiçik, digərləri böyükdür?", - deyə cavab verib.
Dermancıoğlunun bu şərhi izləyiciləri tərəfindən bəyənilib.
Ayişəgül Əhmədova