Məşhur azərbaycanlı tenor “Sən supersən! 60+” yarışmasında Rusiyadan olan iştirakçını dəstəklədi - VİDEO
Dünya
14.06.2021 05:48
100

Məşhur azərbaycanlı tenor “Sən supersən! 60+” yarışmasında Rusiyadan olan iştirakçını dəstəklədi - VİDEO

Rusiyanın NTV telekanalı ilə yayımlanan Beynəlxalq mahnı yarışması olan “Sən supersən! 60+” şousunun efirində Rusiyadan olan iştirakçılardan birini dəstəkləmək üçün Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov səhnəyə çıxıb.

MediaBakuAz Oxu.Az-a istinadən xəbər verir ki, onlar məşhur italyan mahnısı “O Sole Mio”nu ifa ediblər.

Qeyd etmək lazımdır ki, bu mahnının müzakirəsi zamanı münsiflər heyətinin üzvlərindən biri – İqor Krutoy bildirib ki, həmin iştirakçı öz məlumatlarında göstərildiyi kimi, yüksək kateqoriyalı müğənni olub:

“SSRİ Mədəniyyət Nazirliyinin qiymətləndirməsinə görə, Alla Puqaçova bir konsertə görə 47 rubl alırdısa, Azərbaycan SSR-in Xalq artisti Müslüm Maqomayev 225 rubl alırdı. Mən özüm isə 25 rubl alırdım”.


Loading...