Mətanət
Maqazin
18.12.2020 22:29
199

Mətanət "Əsgərlərin qanı qurumamış konsert verdiz" deyən jurnalistin üstünə hücum çəkdi

ARB TV-də yayımlanan "Bazar-düzü" proqramının bugünkü çəkilişində Əməkdar artist Mətanət İsgəndərli ilə jurnalist Əfruzə Ağayeva arasında münaqişə yaranıb.


MediaBaku.az-ın Big.az-a istinadən məlumatına görə, efir zamanı jurnalistin "Vətənpərvərlikdən danışırsınız, amma müharibə vaxtı Türkiyədə konsert verdiniz. Saxtakarlıq etməyin" sözlərini deməsi Mətanət İsgəndərlini özündən çıxarıb. Əfruzə Ağayeva bildirib ki, bu sözlərdən sonra M.İsgəndərli ona hücum çəkərək döyməyə cəhd edib:


"Pandemiya ərəfəsində aztəminatlı ailələrə yardım edən müğənnilərlə bağlı sual ünvanlandı. Mən də bəzi sənətçilərin adlarını sadaladım. Mətanət İsgəndərlinin adını çəkmədim. Dedi, başına daş salmışam, mənim adımı niyə çəkmirsən? Cavab verdim ki, sizin xeyirxah bir əməlinizi görməmişəm. Hətta müharibə vaxtı Türkiyədə konsert verməyini xatırlatdım. Bundan sonra elə bil içindən cin çıxdı. Mənə hücum çəkib, qışqırdı, hədələdi. Rəhmətə gedən valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi. Ondan sonra məndə əsəblərimə hakim ola bilmədim.


Ə.Ağayeva məsələ ilə bağlı lazım olarsa polisə də şikayət edəcəyini bildirib: " Hətta çölə çıxanda işçisinə deyir ki, get içərdə Əfruzəni döy. Bu nə tərbiyəsizlikdi ? Bu nə ağılsızlıqdı. İnsan niyə yaşına-başına hörmət etməsin ki? Niyə bu qədər saxtakar olsun ? Nə haqla təriflənmək istəyirsən amma özün şəhidlərin qanı qurumamış, qırxı çıxmamış konsert verirsən? Hələ utanmaz- utanmaz deyir ki, mən vətənpərvər qadınam , gözümün birini yaralı əsgərə verərəm. Səslənirəm Mətanət xanıma o qədər qazilərimiz var, verin də gözünüzü ... süni pafos nəyə lazım ? İç üzünüzü gəlininiz zatən hamıya göstərdi, sakitləşin artıq. Konsert verməkdənsə bir dəfə cəbhə bölgəsinə gedərdiz. Mən adi jurnalistəm 2 dəfə cəbhə bölgəsinə getdim, siz niyə getmədiz ? Pulunuz məndən çox, ətrafınız məndən çox ...".

Loading...