Mətanətdən
Maqazin
30.12.2020 09:11
74

Mətanətdən "şəhidləri təhqir etməsi" ilə bağlı AÇIQLAMA GƏLDİ: "Onun əlindən boğaza yığılmışam"

Mətanət Əsədovadan qalmaqallı görüntülərlə bağlı açıqlama verib.

MediaBaku.az xəbər verir ki, sənətçi bu barədə açıqlamasında deyib.


"Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizin aldığı yaralara qurban olum. Müharibə başlayandan hamımızın gözü yaşlıdır. O görüntülər 2 il əvvəl Xəzər tv-də yayımlanan 5/5 verilişindən sonra çəkilib. Qara piyarla məşğul olan o insanın işi məni xalqımla üz-göz etməkdir. Amma mən xalqıma, millətimə, dövlətimə, prezidentimə bağlı biriyəm. Və dövlətimin qanunlarına güvənirəm. Artıq aidiyyatı üzrə qurumlara öz şikayətimi bildirmişəm. Artıq onun əlindən boğaza yığılmışam. Məni tanıyan tanıyır. Amma bu qara piyarına, günahlarına görə qanun qarşısında cavab verəcəksən. Amma sən əsas Allahdan qorx", - deyə sənətçi bildirib.


Sonda isə xanım sənətkar bir daha Azərbaycan xalqına başsağlığı verib. 


Musa Qasımzadə

Loading...
Loading...