MHP sədri:
Siyasət
09.12.2020 16:04
162

MHP sədri: "Əli Həsənov kimdir ki, Türkiyə ona görə səfir dəyişsin?"

"Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə saatlar qalmış qardaş ölkənin Bakıdakı səfiri Erkan Özoralın geri çağırılması və onun bu postda təcrübəli diplomat Ahmet Demirokla əvəzlənməsində qeyri-adi heç nə yoxdur. Bu əvəzləməni sensasiya kimi qiymətləndirməyə də ehtiyac yoxdur".

MediaBaku.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, bu çox normal hadisədir:

"Həm də prosedur qaydadır. Erkan Özoralın səlahiyyət müddəti bitdiyindən, onun yerinə yeni səfir təyin edilib. Türkiyə qanunlarına görə, səfirlər 2 il və uzatma ilə daha 2 il fəaliyyət göstərirlər. Erkan Özoral 2016-cı ildən səfir idi. Onu da nəzərə alaq ki, E.Özoral yeni səfirlə əvəzlənən yeganə türk diplomatı deyil. Zatən Azərbaycanla bərabər, Türkiyənin bir sıra başqa ölkələrdəki səfirləri də yeniləri ilə əvəz olunub. Əli Həsənov kimdir ki, qosqoca Türkiyə ona görə səfir dəyişsin? Türkiyə Azərbaycanla siyasətini və münasibətlərini şəxslər üzərindən deyil, "Bir millət, iki dövlət" prinsipi əsasında qurur. Qardaş ölkənin yeni səfiri Ahmet Demiroka fəaliyyətində uğurlar diləyirik".

Loading...